Library

Transferring knowledge

Müasir İncəsənət Muzeyinin kitabxanasında qədim, orta əsrlər və müasir dövrə aid zəngin kitab və kataloq kolleksiyası təqdim olunur. 

Kitabxanamızın məqsədi müasir Azərbaycan incəsənəti, görkəmli incəsənət xadimləri, rəssam və heykəltəraşlarımız haqqında olan dəyərli məlumatları cəmiyyətlə paylaşmaqdır. Əlbəttə ki, müasirlərimizdən danışarkən biz qətiyyən öz keçmişimizi unutmuruq, çünki hər şey köklərdən başlayır. Eyni zamanda nəzərə almaq lazımdır ki, bizim mədəni irsimiz dünyadakı zəngin irslərdən biridir. Muzeyimizdə müasir incəsənətin zəngin fondunun mövcudluğunu nəzərə alsaq qarşımızda duran vəzifələrdən biri kitabxana fondunu müxtəlif nəşrlərlə və kataloqlarla genişləndirməkdən ibarətdir. Qısa müddət ərzində Tahir Salahaov, Rasim Babayev, Çingiz Fərzəliyev, Altay Sadıqzadə, Elmira Şahtaxtinskaya, Toğrul Nərimanbəyov, Nadir Qasımov, Ömər Eldarov kimi müasir rəssam və heykəltəraşlarımızın kataloqları toplanmışdır.

Kitabxana tərəfindən dünya məktəblərinin mədəni irsinə dair materialların əldə olunmasına yönəlmiş işlər görülür. Dünya rəssamlığının müxtəlif məktəb və cərəyanlarına aid maraqlı materiallarla zəngin kolleksiya toplanmışdır. Burada incəsənətin bütün növləri (yunan təsviri sənəti, realizm, rokoko, romantizm, seriqrafiya, abstrakt rəngkarlıq, dadaizm, impressionizm, kubizm, modern, sürrealizm, ekspressionizm və s.) əhatə olunub.