Exhibition

Amore Mio

22 May 19 > 05 Jun 19

Amore Mio

22 May 19 > 05 Jun 19

Eldar Qurbanın  “AMORE MİO” adlı  sərgisi

22.05.2019

22 may tarixində Müasir İncəsənət Muzeyində -  Azərbaycanın Əməkdar rəssamı Eldar Qurbanın yaratdığı qadın portretlərindən ibarət sərgi keçiriləcək. Rəssamın həyatının əsas hərəkətverici qüvvəsi sevgidir və bu, öz növbəsində ekspozisiyanın ideoloji nüvəsini təşkil edir. Rəssam, insanı həm inanılmaz yüksəkliklərə ucalda, həm də sərsəmliyə çatdıra bilən hislərin təbiəti və mahiyyəti ilə bağlı suala cavab verməyə çalışaraq, sevgi və ehtirası bir hadisə kimi araşdırmışdır. Sərgidə təqdim edilən portretlər, rəssamın 1985-ci ildən bugünə qədər olan yaradıcılıq dövrünü əhatə edir — bu, rəssamın qadına sevgini yüksəkliklərə qaldıran refleksiya və introspeksiyasının özünəməxsus təzahürüdür.

Ekspozisiya rəssam tərəfindən yaradılmış 20-dən çox obraz  və 1 videoəsərdən ibarətdir. Videoəsər  – gələcək işlərin yaradılmasına ruhlandırmağa yönəlmiş xüsusi kurator baxışıdır.

Məkan: Müasir İncəsənət Muzeyi

Kuratorlar: Samira Sefi, Lana Sokolova

Keçirilmə vaxtı:  22.05.2019

İş saatları: həftənin II-VII günləri, saat 11:00-20:00.

Biletin qiyməti: 5 AZN        

Tələbələr üçün : 2 AZN