Exhibition

Azərbaycanda mədəni müxtəliflik

08 Jun 19 > 28 Jun 19

Azərbaycanda mədəni müxtəliflik

08 Jun 19 > 28 Jun 19

Hollandiya Krallığının Azərbaycandakı səfirliyi "Azərbaycanda mədəni müxtəliflik" foto sərgisini təşkil edir.

08.06. – 28.06.2019

8-28 iyun tarixlərində Müasir İncəsənət Muzeyində "Azərbaycanın mədəni müxtəlifliyi" fotosərgisi keçiriləcək. Azərbaycanla mədəni əməkdaşlığın bir hissəsi olaraq, Hollandiya Krallığının Azərbaycandakı səfirliyi Azərbaycan-Hollandiya fotoqraflarının əməkdaşlığı ilə ölkənin nadir mədəni aspektlərini birləşdirən "Azərbaycanda mədəni müxtəliflik" layihəsini təşkil etmişdir. Fotoqraflar Arien Zvart, Ramina Boçarova, Rüstəm Hüseynov, Vaqif Muğallı, Arif Quluzadə, Ciordano Sotiriou, Onno Kervers və kinooperator Ülvi Mehdi Azərbaycanın Astara rayonunun Sim kəndinin gözəl və özünəməxsus həyatını, nadir yerli mədəniyyətini və adətlərini sənədləşdirmişdir. Onlar iştirakçıların adətən ən az diqqət belə etmədikləri həyatın adi anlarını əks etdirmişdirlər. Ancaq sonradan bu anlar şahidlər və tarixçilər tərəfindən xatırlanan tarixin bir hissəsinə çevrilir. Bu qrup layihəsinin nəticələri 8-28 iyun 2019-cu il tarixləri arasında Müasir İncəsənət Muzeyində sərgilənir. Sərginin kuratoru Rüstəm Hüseynovdur.

Məkan: Müasir İncəsənət Muzeyi

Keçirilmə vaxtı:  08.06.- 28.06.2019

İş saatları: həftənin II-VII günləri, saat 11:00-20:00.

Biletin qiyməti: 5 AZN        

Tələbələr üçün : 2 AZN