Exhibition

Face to face

11 Oct 12 > 11 Nov 12

Face to face

11 Oct 12 > 11 Nov 12

Statoil Azərbaycandakı fəaliyyətinin 20-illiyini qeyd edir.

Statoil şirkətinin Azərbaycandakı fəaliyyətinin 20-illik yubileyi münasibətilə Müasir İncəsənət Muzeyində Statoil incəsənət kolleksiyasından olan müasir əsərlərdən ibarət “Üz-Üzə” (“Face to Face”) adlı sərgi keçiriləcək. “Üz-Üzə” 10 müxtəlif ölkəni təmsil edən 16 fotoqraf, heykəltaraş və rəssamın 63 əsərini nümayış etdirən portret sərgisidir.

“Enerji şirkəti olan Statoil incəsənətin də enerji olduğuna inanır. Bu, bizim başlıca biznesimizdən – neft və qazdan fərqli enerjidir. Sənət enerjisi insanlara ilham verir. Beynəlxalq ünsiyyət vasitəsi olan təsviri sənət vizual obrazlar vasitəsilə milliyyətindən, mədəniyyətindən və mənşəyindən asılı olmayaraq, bütün insanlara bir-birini anlamaqda köməklik edir”-deyə, Statoil şirkətinin Azərbaycan ofisinin prezidenti Lars Troen Sörensen bildirib.

Statoil-un incəsənət proqrami nədir?

Mədəniyyət qurumlarından kənarda da incəsənətlə təmasda olmaq, qaynayıb qarışmaq mümkündür.

İncəsənətə bağlılığımız bizə

Iş mühitimizi daha da ruhlandırmaqda və həvəsləndirməkdə,
“Statoil” brendi və mədəniyyəti yaratmaqda,
Fəaliyyət göstərdiyimiz cəmiyyətlərin mədəni inkişafına töhfə verməkdə yardım edir.

Son 25 ildə Statoil-un incəsənət kolleksiyasında 1000-dən artıq müasir əsər toplanıb. Bizim proqramımızın əsas aparıcı qüvvələri təhsil, kommunikasiya və sərgi fəaliyyətləridir.