İsveçrənin Azərbaycandakı səfirliyi İsveçrə və Azərbaycan fotoqraflarının birgə fotosərgisi

23 Jan 19 > 05 Feb 19

İsveçrənin Azərbaycandakı səfirliyi İsveçrə və Azərbaycan fotoqraflarının birgə fotosərgisini təşkil edir 

23.01.2019 – 05.02.2019

Cənab Sedrik Kristofer Merklinin “Yustistalda pendir bölüşdürülməsi” və Elmar Mustafazadənin “Sənətkarlıq ustaları” adlı fotosərgisinin açılış mərasimi Çərşənbə Günü, 23 yanvar 2019-cu il, saat 19.00-da Müasir İncəsənət Muzeyində olacaq.  Sərgi 5 fevral 2019 – cu il tarixinə qədər davam edəcək.  

Cənab Merklinin fotoları İsveçrə Alpında fermerlərin qədim ənənəsinin qeyd olunmasına həsr edilib. “Xestaylet” adlanan 300 illik bu ənənə Yustistalda hər payız bayram edilir. Cənab Mustafayevin fotoları Azərbaycanda qədim və ənənəvi sənətkarlığı əks etdirir. Bu fotolar sənətkarlığa və qədim Azərbaycan incəsənətinin təbliğinə həsr olunub.  

Məkan: Müasir İncəsənət Muzeyi 

Keçirilmə vaxtı:  23.01. – 05.02.2019

23 yanvar – giriş dəvətnamə ilə

24 yanvar - 5 fevral – giriş ödənişlidir

İş saatları: həftənin II-VII günləri, saat 11:00-20:00.

Biletin qiyməti: 5 AZN        

Tələbələr üçün : 2 AZN