Exhibition

Birləşən Körpülər

15 May 12 > 15 Jun 12

Birləşən Körpülər

15 May 12 > 15 Jun 12

Azərbaycan rəssamları ilə yanaşı Britaniyalı və beynəlxalq rəssamların da iştirak edəcəyi ilk sərgi Müasir İncəsənət Muzeyində 15 may 2012-ci il tarixində baş tutacaq. Azərbaycanın müasir incəsənətinin təbliği ilə məşğul olan qeyri-kommersiya təşkilatı olan YARAT! tərəfindən təşkil olunan bu sərgidə Sara Lukas, Kit Kaventri, Ceyms Turrell, İdris Xan və Olimpiya Skerri kimi dünya şöhrətli rəssamların işləri yer alacaq. Bu qeyri-adi işlər kolleksiyası ilə yanaşı, sərgidə həm də Altay Sadıxzadə, Ağa Hüseynov, Niyaz Nəcəfov, Rəşad Ələkbərov və Fərid Rəsulov kimi Bakının ən tanınmış müasir rəssamlarının işləri də nümayış etdiriləcək.

Sərginin kuratorları YARAT!-ın banisi və direktoru Aidə Mahmudova və London mənşəli Adam Vaymutdur. Birlikdə onlar, dünyanın qabaqcıl incəsənət mərkəzlərini təmsil edən həm tanınmış, həm də yeni istedadların işəlrinin toplusunu təqdim edəcəklər. Karyeraları boyunca Mahmudova və Vaymut müasir və xüsusilə də yeni rəssamlar üçün imkanlar yaratmağa cəhd göstərmişlər.

Bütün dünyada tanınmış İdris Xanın xüsusilə Bakıya gətirilmiş instalyasiyası da Birləşən Körpülər sərgisində nümayiş etdiriləcək. Xan ən şox həm Qərb həm də İslam ənənələrinin musiqi və mətn tarixlərini araşdıran və rəqəmsal olaraq işlənən çapları ilə məşhurdur. Buna baxmayaraq, bu sərgidə o, dörd paslı polad paneldən ibarət olan heykəltaraşlıq əsərini nümayiş etdirəcək. Heykəlin üzərində Oliver Messayanın Kvartetinin, alman həbs düşərgəsində olarkən yazdığı “End of Time” (1941, Zamanın Sonu) əsərinin notları qumla həkk olunmuşdur.

İştirak edən rəssamlar

Britaniyalı və beynəlxalq rəssamlar:

Ceyms Turrell, Sara Lukas, Anni Moris, Pol Frayer, Kit Kaventry, Aleks Hoda, Olimpiya Skerri, High Quality Foundation, Rayan Mozli, Caap de Vris, Corc Yang və Nil Klements.

Azərbaycanlı rəssamlar:

Ağa Hüseynov, Altay Sadıxzadə, Faiq Əhməd, Rəşad Ələkbərov, Əli Həsənov, Niyaz Nəcəfov, Rəşad Babayev, Fərid Rəsulov, Aidə Mahmudova, Orxan Hüseynov, Nəzrin Məmmədova və Ramal Kazımov.