Maryam Alakbarli exhibition

25 Jan 14 > 08 Feb 14

Müasir incəsənət muzeyində Məryəm Ələkbərlinin  fərdi sərgisinin açılışı oldu. Məryəm Ələkbərlinin   avtoportretlerində müəyyən təsvir ayırıcı  xətt  hiss olunur. Yəqin ki,  bu xətt Məryamın böyük bir sevgisinin  birləşdiyi  nəhənq lakin  hər zaman xeyirxah olamayan dunyasının ayırıçı xəttidir. Rəssam tərəfindən təqdim olunan  “Boyaların  rəqsi ” adlı silsilə əsərlər  müəllifin daimə zənginləşən daxili aləmini əks etdirir. “Meyvə və ag küpə ilə natryurmort”, “Amazonka”, “Nağıl motivləri” , “Gül açan vadi”, kimi əsərlər parlaq rənglər və çalarlar ilə diqqəti cəlb edir.

Məryəmin əsərlərindən istilik gəlir. Onu çox cavan olmasına baxmayaraq, keçdiyi həyat yolu çox  məzmunlu olub.  Rəssamın iki səgisi 2010-cu ildə Bakıda,  əvvəlcə "Art Garden" sonra isə "Qız Qalası" qalereyasında keçirilmişdir.  Sonra fərdi sərgilər Berli, Paris, İstanbul və Ankarada təşkil olunmuşdur.

2011-ci ildə Məryəmin əsərləri YUNESKO-nun qərargahında təqdim olunmuşdur.  "Mənim gözəl dünyam", "İlin fəsilləri", "Boyaların rəgsi" əsərləsin albomları ingilis , yapon və fransız dilində nəşr olunmuşdur.    Məryəm - incəsənətdə nadir fenomendir. O  artiq formalaşmış bir rəssamdır.  Bu Azərbaycan dövləti üçün böyük bir sevincdir ki, onun Məryəm kimi istedadlı gəncləri var.  O bütün mükafatlara layiqdir.