Exhibition

Melik Aghamalov exhibition

14 Dec 12 > 13 Jan 13

Melik Aghamalov exhibition

14 Dec 12 > 13 Jan 13

Heydər Əliyev Fondunun, Müasir İncəsənət Muzeyinin, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Müasir İncəsənət Muzeyində istedadlı rəssam Məlik Ağamalovun son dövrlərdə çəkdiyi rəsm əsərlərindən ibarət fərdi sərgisi təşkil olunub.

Məlik Ağamalov Azərbaycanın müasir sənətinin “intellektual qanadı”nın əsas simalarından hesab olunur.

O, əsərinin məhvər ideyasını məharətlə oynatmaqla, həcmli formalardan istifadə etməklə, materialın fakturasını dəyişməklə, bəzən latın sözlərinin qrafik təsvirini verməklə sanki ara qarışdırır, fitnə-fəsada əl atır, heyrətləndirir, lakin heç vaxt zövqün kövrək sərhədlərini aşmır. Lakin başlıcısı budur ki, rəssam apardığı estetik cəhətdən ölçüb-biçilmiş intellektual oyunun arxasında incəsənətdə başlıca meyarı - insanın daxili aləmini göstərməyi unutmur.

Bədii üsullardan geniş şəkildə istifadə edən konseptualist rəssamın əsərləri ölkəmizlə yanaşı, Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və Birləşmiş Ərəb Əmirliklərində nümayiş etdirilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Məlik Ağamalovun Azərbaycanın rəssamlıq sənətində özünəməxsus yeri olduğunu, sənətkarın əsərlərində fərdi dünyagörüşü modelini yaratdığını vurğuladı.