The Seven

17 Dec 09 > 17 Jan 10

Yeddilərin kolleksiyasında fərdilik, mövzuların özünəmaxsus şəkildə açılması öz parlaq əksini tapıb. Fotoqraflar təsvirin texniki mükəmməlliyinə bir qədər ironiya ilə yanaşırlar. Rəngin deformasiyası, ton cızığının daralması və digər texniki qeyri-dəqiqliklər abstraktlaşdırılmağa kömək edir, obrazın mənimsənilməsini  artırır. Obrazlar isə həmişəki kimi xeyir və şərdən, sevgi və nifrətdən, tanhalıqdan, əməkdən, yaxınlıqdan, xoşbəxtliyə can atmaqdan və yaşamaq arzusundan bəhs edir.

Yaşı, təhsili, sosial vəziyyəti müxtəlif olan yeddi müəllif. Onları birləşdirən müşahidələrini, düşüncələrini, duyğularını visual şəkilə salmaq bacarığıdır. Onlar gerçəkliyi araşdırıb təhlil edərək öz dünyalarını qurur, fotoqrafiyanı bədii obrazın yaradılması üsulu kimi nəzərdən keçirirlər.Təsvirin təqdim edilməsinin üslub formasına görə bir-birindən fərqlənsələr də, onlar fotoqrafiyanın əsasını, məğzini, onun həqiqiliyini – fiziki reallığını olduğu kimi qoruyub saxlayırlar.

İştirakçı fotoqraflar:

Elnur Babayev, Fəxriyyə Məmmədova, İlkin Hüseynov, Rəna Əfəndi, Sergey Xrustalyov, Sitarə İbrahimova, Təhminə Əhmədova