Exhibition

‘Who cares?’ – Qəhrəmanlar Sərgisi

30 May 14 > 10 Jul 14

‘Who cares?’ – Qəhrəmanlar Sərgisi

30 May 14 > 10 Jul 14

UAFA təşkilatını əlilliyi olan uşaqlara qayğı göstərən qadınların rolunu diqqət mərkəzinə gətirməkdə dəstəkləmək məqsədi ilə Rolling Stones qrupunun fotoqrafı Nathan Browning 2014-cü ilin fevral ayında Şağanda yerləşən 3 saylı internat evinə və Bakının Yasamal rayonunda yaşayan bir neçə ailəyə səfər etmişdi. O, fotoqrafiya ifadə vasitəsindən istifadə edir.

Krallığın dünya şöhrətli və tanınmış fotoqrafı – David Montgomery Nathanın işinə mentorluq etmiş və sərgidə yeni fikirlərə yol açan fotoqrafiyanın rolu haqqında danışacaqdır.

Kasıb və varlı, ailəli və ya ailəsiz olmağımızdan asılı olmayaraq “Qayğıkeş Əllər” məsələsi hamımızı narahat edən məsələlərdəndir. 

Hər birimiz kiminsə qayğısına ehtiyacımız olacaq bir vəziyyətə düşə bilərik. 

UAFA olaraq biz nizamlı, yüksək standartlara və insan hüquqlarına uyğun olacaq qayğının dövlət tərəfindən təmin ediləcəyinə inanırıq . UAFA bu qayğı standartlarının təkmilləşdirilməsi yönümündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yaxından əməkdaşlıq edir.

Qəhrəmanlar Sərgisi  qayğı göstərənlərin rolunu qabartmaqla hər gün bu fədakar qadınların üzləşdiyi çətinlikləri anlayaraq qiymətləndirməmizə yardım edəcək.

Onlar əsl qəhrəmanlardırlar və bu günə kimi heç kəs onların əzmkarlığını diqqət mərkəzinə gətirməyib.

Bu sərginin keçirilməsi ideyası Nathan Browning UAFA-nın layihələri ilə tanış olarkən yarandı və o, könüllü olaraq bu ideyanı həyata keçirməyi təklif etdi.

UAFA təşkilatı sərginin keçiriləcəyi məkan üçün Müasir İncəsənət Muzeyinə müraciət etdi və onlar da bizim təşəbbüsümüzə məmnuniyyətlə qatılaraq sərginin məhz bu muzeydə keçirilməsinə razılıq verdilər, üstəlik çap işlərinin xərclərini öz üzərlərinə götürdü və beləliklə tədbirin sponsorlarından birinə çevrildilər.

Digər sponsorumuz Rapid Solution isə Nathan və komandasının: Jacky Storer - jurnalist, yazar və BBC reportyoru; David Montgomery – krallığın dünya şöhrətli fotoqrafının səfər xərclərini qarşılamağı öz üzərinə götürərək tədbirin digər sponsoruna çevrildi.

Nəzərinizə çatdıraq ki, eyni sərgi avqust-sentyabr aylarında Londondakı muzeylərin birində də keçiriləcək. Rapid Solution bu dəfə də səfər xərclərini ödəməyi öz üzərinə götürəcək.

 

Xüsusi vurğulamaq istərdik ki,  bu layihəyə cəlb olunan bütün heyət  öz vaxt və enerjilərini təmənnasız, könüllü olaraq sərf etmişlər!!!